Gənc taksi sürücüsü sükan arxasında öldü – FOTOLAR

Ötən gecə Binəqədi rayonu Mehdiabad qəsəbəsində taksi sürücüsü qəfil vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, taksi sifarişi şəbəkəsinə qoşulmuş “Toyota Prius” markalı avtomobilin gənc sürücüsü sükan arxasında olarkən özünü pis hiss edib.

O, maşını yol kənarına çəkdikdən sonra vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, sürücünün artıq dünyasını dəyişdiyi müəyyən olunub.

taksi-surucusu-sukan-arxasinda-oldu