Gənc şahmatçımız qalib, Məmmədyarov üçüncü oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən “Grand Prix Plus City” turnirinin blits mərhələsində qalib olub.

Globalinfo.az xəbər verir ki, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub.

Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xalla bürünc medala sahib çıxıb.