Gənc qadın qızı ilə itkin düşdü

Ağdam rayonunda ana və qızı itkin düşüb.

Globalinfo.az bildirir ki, hadisə rayonun Miraşelli kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Ağayeva Təhminə Şükran qızı və övladı 2017-ci il təvəllüdlü Ağayeva Ayla Elvin qızı yaşadığı evi tərk edib və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.