Gənc müğənnidən gözlənilməz addım: “Altın Kelebek”i… – VİDEO

Tanınmış müğənni Reynmen 2020-ci ildə “Altın Kelebek” mərasimində aldığı mükafatı (“Ən yaxşı mahnı” – red.) zibilqabına atıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, bu ilin qalibləri sırasında olmayan ifaçı qazandığı bir çox mükafatları zibil qutusuna atdığı həmin anları instaqram hesabında paylaşıb və gülüş emojisi əlavə edib.

Reynmenin sosial mediada sürətlə yayılan videosuna bir çox istifadəçi tərəfindən sərt reaksiya gəlib.

Xatırladaq ki, dünən axşam təşkil edilən “Altın Kelebek”də Edis “Ən yaxşı kişi müğənni”, Blok3 isə “Ən yaxşı repper” mükafatını alıb.