Parlament gələn ilin dövlət büdcəsi layihəsini qəbul etdi – YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Globalinfo.az bildirir ki, layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat məbləğində nəzərdə tutulur.

Azərbaycanın 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 300 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 milyon manat təsdiq ediləcək.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 579 milyon 300 min manat məbləğində nəzərdə tutulur.

***11:07

Milli Məclisin payız sessiyasının bu gün keçirilən növbəti plenar iclasında 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, büdcə zərfinə “2023-cü ilin dövlət büdcəsi haqqında”, ” 2023-cü il üçün yaşayış minimumu haqqında”, “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edirlər.