Gələn ilin büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılır

Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt açıqlanıb.

Globalinfo.az bildirir ki, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilməsi nəzərdə tutulan iclasında I oxunuşda müzakirə olunacaq.

Layihə daha sonra digər komitələrin toplantılarında da müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.