Gələn ildən qayıdış prosesi intensivləşəcək – Xüsusi nümayəndə

Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.

Globalinfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

 

“Artıq 3 mindən çox məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıdıb. Bu proses 2026-cı ilə qədər qoyulmuş qrafik üzrə həyata keçirilir. Prosesin sürəti daha da intensivləşəcək. Ümumi götürdükdə 2026-cı ilin sonuna qədər 34 500 ailədən 16 min ailənin köçürülməsi nəzərdə tutulur”, – o bildirib.