“Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq” – Ştaynmayer

“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, təkcə Almaniya deyil, ABŞ və bir çox başqa ölkələr Avropada Rusiyanın da daxil olduğu təhlükəsizlik arxitekturası yaratmağa çalışıblar:

“Sonda alınmadı. Biz də bunu bacara bilmədik. İndi bundan gələcək üçün nəticə çıxarmaq lazımdır. Təəssüf ki, bu o deməkdir ki, gələcəkdə Avropanın təhlükəsizliyi artıq Rusiya ilə ortaq təhlükəsizlik olmayacaq. Amma biz bir-birimizi qoruyacağıq – Avropa üçün, müttəfiqlik və ittifaq üçün daha yaxşı müdafiəni təşkil etmək üçün müdafiə büdcəmizə böyük xərclər sərf etməklə”.