İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanla əldə olunan razılaşmanı kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, Ben-Qvir özünün teleqram kanalında paylaşdığı açıqlamada sözügedən müqaviləni “tarixi səhv” adlandırıb.
“Livanla bağlanan müqavilə tarixi bir səhv, dəhşətli bir qaçırılmış fürsət və gələcək nəsillər üçün faciədir”, – deyə israilli nazir bildirib.
Onun sözlərinə görə, razılaşma İsrailin təhlükəsizlik maraqlarına uyğun deyil və uzunmüddətli perspektivdə ölkə üçün mənfi nəticələr doğura bilər.
Tahir Turan
Globalinfo.az