Gədəbəydə polis əməkdaşı qəzada həlak oldu

Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində rayon ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis əməkdaşı 1996-cı il təvəllüdlü Cahan Orucov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.