Gədəbəydə ağır qəza: ölənlər var

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası olub.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a bildirib ki, Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər saki Orxan Allahverdiyevin idarə etdiyi Nissan markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölmüş, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.