Gədəbəydə icra başçısı yaşlı qadına nə deyib? – Rəsmi açıqlama

Sosial şəbəkələrdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun Söyüdlü kənd sakinləri ilə görüşü zamanı yanındakı ahıl qadını göstərərək “Nənəmizin 78 yaşı var. Göl zəhərli olsaydı, nənəmiz bu yaşa gəlməz, səsi məndən yüksək çıxmazdı” deməsi haqda məlumat yayılıb.

Globalinfo.az məsələ ilə bağlı Orxan Mürsəlovun birinci müavini Natiq Nağıyevlə əlaqə saxlayıb.

N.Nağıyev lazımi məlumatın rəsmi səhifələrində paylaşıldığını bildirib:

“O söz müxbirlərin uydurmasıdır. Elə şey ola bilməz”.

Zaira Akifqızı
Globalinfo.az