Gecə saatlarında Xankəndidə nələr baş verib? – VİDEO

Ermənilər gecə saatlarında Xankəndidə aksiya keçiriblər. Etirazçılar Laçın yolunun açılması (?) və Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan təxribatçı ermənilərin azad edilməsi tələbi ilə yürüş təşkil ediblər. Onlar İrəvan sakinlərini də aksiyaya qoşulmağa çağırıblar.

Globalinfo.az yenisabah.az-a istinadən xəbər verir ki, separatçıların lideri Araik Arutyunyan Azərbaycanla hər hansı bir gizli sövdələşmə olmadığını deyib.

Qeyd edək ki, Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilmişdi.

Erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuşdu.

Azərbaycan humanizm tətbiq edərək Laçında saxlanılan erməni futbolçular barəsində cinayət təqibinə xitam verib.

Burada təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla cinayət təqibinə xitam verilib.