G7 ölkələri Ukrayna ilə bağlı razılığa gəldilər

G7 ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Ukraynanın enerji sektorunu dəstəkləməyə davam etmək barədə razılığa 

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur: “G7-nin xarici əlaqələr qurumlarının rəhbərləri və onların tərəfdaşlarının Ukraynanın enerji sektoruna dəstək üzrə görüşü ABŞ və Yaponiyanın həmsədrliyi ilə keçirilib.

İclasda iştirak edən ölkələr Kiyevin Avropa ilə tam inteqrasiya olunacaq daha mərkəzsiz, dayanıqlı və təmiz enerji sistemi yaratmaq planlarını dəstəkləyəcəkləri barədə razılığa gəliblər.

İclas iştirakçıları mövcud infrastrukturun mühafizəsi və təmiri üçün humanitar minatəmizləmə yardımı da daxil olmaqla, Ukraynanın enerji sektorunda əsas ehtiyaclarının ödənilməsinin sürətləndirilməsini dəstəkləməyə və asanlaşdırmağa hazır olduqlarını bildirdilər.

Globalinfo.az