G7-dən İrana tənqid: O, sabitliyi pozur

shutterstock 1988522312

G7 ölkələri İranı nüvə enerjisi sahəsində fəaliyyəti və Yaxın Şərqə siyasi təsiri ilə bağlı qınamağa davam edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Böyük Yeddiliyin üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətli irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara yardımını birmənalı şəkildə pisləyiblər”, – agentliyin təqdim etdiyi sənəddə deyilir.

Aysel Əliyeva
Globalinfo.az