G7 davamlı sülhün təşviqini dəstəkləyir – Bəyanat

Ermənistan və Azərbaycan arasında davamlı sülhün təşviqini dəstəkləyirik.

Globalinfo.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Tokioda keçirilən iki günlük Sammitinin yekunları üzrə birgə bəyanatında deyilir.

“Yeddilik Qrupuna (G7) üzv ölkələr xüsusilə vurğulayır ki, Ermənistan və Azərbaycan arasında gücdən istifadə olunmamaqla, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında davamlı və möhkəm sülhün bərqərar edilməsi istiqamətində atılan addımları dəstəkləyir”, – bəyanatda qeyd olunub.