Füzulinin iki kəndində güclü yanğın başlayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanğın rayonun Yuxarı Dilağardı və Veysəlli kəndləri ərazisində qeydə alınıb.
Yanğın minalardan təmizlənməmiş ərazilərdə davam etdiyindən onun söndürülməsi çətinləşib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.