73f3f18e 2fa6 3b46 a8b4 36b20961d538 850

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib.

Paylaş: