“Kaizer Chiefs” klubunun Cənubi afrikalı futbolçusu Luk Flers Yohannesburqda yanacaqdoldurma məntəqəsində avtomobil oğurluğu zamanı öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti polisin bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, şübhəlilər odlu silahı 24 yaşlı futbolçuya tuşlayaraq onu maşından çıxarıblar, daha sonra isə atəş açıblar.
Hadisə zamanı onlardan biri avtomobili qaçırıb. 24 yaşlı Flers aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Hadisə futbolçunun yanacaqdoldurma məntəqəsində xidmət gözlədiyi zaman baş verib.
Qeyd edək ki, Flers keçən ilin oktyabr ayından “Kaizer Chiefs”də oynayır. Əvvəllər müdafiəçi “SuperSport United” və “Ubuntu Keyptaun” klublarında çıxış edib. Cənubi Afrika Olimpiya komandasında oynayıb.