Futbolçu ürəktutması keçirdi, oyun dayandırıldı

İtaliya A Seriyasının 32-ci turunda keçirilən “Udineze” – “Roma” oyununda təhlükəli vəziyyət yaşanıb.

Globalinfo.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində “Roma”nın futbolçusu Evan N’Dika ürək tutması keçirib.

Halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə edilib. Bu səbəbdən oyunun baş hakimi matçı yarımçıq dayandırıb.

Hadisə baş verən dəqiqəyə qədər görüşdə hesab 1:1 olub.