Fuad Oqtay Azərbaycanın yardımından danışdı

“Zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xilasetmə işlərinə 12 181 işçi cəlb olunub.

“Digər ölkələrdən 2296 axtarış-xilasetmə işçiləri ölkəmizə gəlib. 14 ölkənin, o cümlədən Azərbaycanın yardımından istifadə edirik”, – vitse-prezident vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.