
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə BFM TV Yelisey sarayına istinadən məlumat yayıb.
Lakin artıq sol Məğlubedilməz Fransa Partiyası yeni hökumətə etimadsızlıq votumu elan edəcəyini açıqlayıb.
Qeyd edək ki, 73 yaşlı Bayru mərkəzçi Demokratik Hərəkat Partiyasının sədridir.
Əliyar Xəlil
Globalinfo.az