Fransanın keçmiş birinci xanımı dindirildi

000 34XW89M

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin arvadı Karla Bruni-Sarkozi dindirilib.

Globalinfo.az xəbər verir ki, keçmiş birinci xanım şahidləri ələ almaqda və cinayətkar qrupa qoşulmaqda ittiham edilir.

Söhbət 2007-ci ildə prezident seçkiləri kampaniyasında Sarkozinin Liviya fondları vasitəsilə maliyyələşdirilməsi işindən gedir.

Təhqiqat çərçivəsində Karla Bruni polis nəzarətinə götürülüb və onun prosesdəki digər şəxslərlə istənilən əlaqəsi qadağan edilib.