Fransanın Baş naziri: “Ermənistana dəstəyimizi davam etdirəcəyik”

“Ermənistan və Fransa arasında unikal əlaqələr var və həmişə də belə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal deyib:

“İki ölkə arasında əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı istəyimizə müsbət yanaşan və fikir mübadiləsi aparan Nikol Paşinyana təşəkkür edirik. Biz Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hərtərəfli dəstəyimizi davam etdirəcəyik”, – deyə Qabriel Attal vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az