Fransanı alova bürüyən iğtişaşların qorxunc nəticəsi

Fransa Daxili İşlər Nazirliyi ölkədə baş verən iğtişaşlar zamanı dəymiş ziyana dair ilkin hesabatı təqdim edib.

Globalinfo.az xəbər verir ki, qurum iğtişaşlar zamanı 1300-dən çox avtomobilin yandırıldığını bildirib.

Qeyd edilib ki, iğtişaşlar zamanı 234 bina yandırılıb və ya dağıdılıb. İctimai yerlərdə 2500-dən artıq müxtəlif yanğınlar törədilib. Hadisələr zamanı 994 nəfər saxlanılıb, 79 polis və jandarm qüvvələri əməkdaşı yaralanıb.