Fransada vəziyyət gərginləşir – 3 polis yaralanıb

Fransanın Marsel şəhəri yaxınlığında Fos-sur-Mer kommunasında “Exxon Mobil” neftayırma zavodunun ərazisində etirazçılarla polis qüvvələri arasında toqquşma baş verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.

Yayımlanan videoda zavod ərazisində taxta parçalarının yandırıldığını, həmçinin qaçan etirazçıları görmək mümkündür.

Qeyd edilir ki, bu etiraz aksiyasına da səbəb prezident Emmanuel Makronun pensiya yaşının artırılması ilə bağlı qərarı olub.