555

Fransanın dövlət teleradio şirkəti “France Televisions”un əməkdaşları binaya bomba qoyulması ilə bağlı məlumatlara görə təxliyə olunublar.

Globalinfo.az xəbər verir ki, bu barədə “France Info” telekanalı məlumat yayıb.

Şirkətin telekanalları və radiostansiyalarının yayımı dayandırılıb. Hadisə saat 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. “France Info” telekanalının efirində həyəcan siqnalı eşidilib.

Hadisə yerinə polis əməkdaşları və kinoloqlar cəlb olunublar.

Oxşar hadisə bir neçə gün əvvəl BFMTV telekanalında baş verib. Lakin binada heç bir partlayıcı qurğu aşkar edilməyib.

Paylaş: