Marseldə çökən yaşayış binasının dağıntıları altında 10-a qədər adam qala bilər, lakin qonşu binaların uçmaq təhlükəsi xilasetmə işlərini çətinləşdirir.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə hadisə yerinə gələn Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib.
***
10:46
Fransada Marselin mərkəzində yaşayış binasının uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə şəhərin meri Benua Payan BFM televiziyasına bildirib.
“Beş nəfər xəstəxanaya yerləşdirilib” – mer deyib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. “Qurbanların olacağına hazırlaşmalıyıq” – deyib.
Bundan əlavə, qonşu binanın uçma riski var.
Hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəb hələlik müəyyən edilməyən partlayış olub. Eyni zamanda, BFM-in məlumatına görə, hadisə şahidləri hadisə yerində kəskin qaz iyinin gəldiyini bildirirlər.