Fransada bomba təhlükəsi – 30-a yaxın məktəb bağlandı

Fransanın şimal-şərqində 30-a yaxın təhsil müəssisəsi bomba təhlükəsinə görə bağlanıb.

Globalinfo.az xəbər verir ki, məktəblərə təhdid mesajları daxili poçt sistemi vasitəsilə gəlib.

Mesajlarda binanın partladılacağı qeyd edilib.

Təhdid mesajları alan məktəblərdə şagirdlər təxliyə edilib.

Məlumata görə, ötən həftənin sonunda 150-dən çox Fransa məktəbi bomba hədəsi alıb.