Fransada naməlum şəxs bıçaqla küçədə insanlara hücum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Hadisə zamanı azı bir nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb.
Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 37 yaşlı Əlcəzair vətəndaşı olduğu bildirilir.
Hadisəyə münasibət bildirən Fransa Prezidenti Emmanuel Makron bunu “terror aktı” adlandırıb.
Aysel Əliyeva
Globalinfo.az