Fransa yıxıldı – Argentina üçqat dünya çempionu oldu! – VİDEO + FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Hesabı 23-cü dəqiqədə Cənubi Amerika təmsilçisi açıb. Penaltidən fərqlənən Lionel Messi komandasını önə çıxarıb. 36-cı dəqiqədə Anxel Di Mariya 2-ci topu avropalıların qapısından keçirib. İlk hissə “tanqoçular”ın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

80-ci dəqiqədə Kilian Mbappe penaltini dəqiq yerinə yetirməklə buraxılan qollardan birinin əvəzini çıxıb. 24 yaşlı hücumçu cəmi 2 dəqiqə sonra tarazlığı bərpa edib. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

109-cu dəqiqədə Messi özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Lakin məğlubiyyətlə barışmayan “xoruzlar” 108-ci dəqiqədə hesabı yenidən bərabərləşdiriblər. Mbappe 11 metrlik cərimə zərbəsindən het-trikini rəsmiləşdirib.

Matçın əlavə vaxtında da tarazlıq pozulmadığından penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) Argentina millisi DÇ-2022-nin qalibi olub.

2022-ci ilin Dünya Çempionatının qalibi Argentinaya təqdim edilmək üçün Dünya Kuboku, digər mükafatlar meydana gətirilib.

FİFA Prezidenti Canni İnfantino Kuboku Messiyə təqdim edib. Messi Kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyasının nəticəsində Argentina komandası qalib gəlib. 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxtda qalib müəyyənləşməyib. Final matçında penaltilər seriyası başlayıb.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxtda Fransa oyunçusu Kilia Mbappe komandasının 3-cü qolunu vuraraq hesabı yenidən bərabərləşdirib. 

***

Qətərdə keçirilən dünya çempionatının final matçına əlavə edilmiş vaxtda Lionel Messi 109-cu dəqiqədə komandasının 3-cü qolunu vurub. Hesab 3:2 Argentina millisinin xeyrinə dəyişib.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt başlayıb.

Hazırda qarşılaşmada hesab bərabərdir – 2:2.

***

82-ci dəqiqədə Avropa təmsilçisindən Kilian Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda 3-cü qol vurulub.

79-cu dəqiqədə Avropa təmsilçisi buraxılan toplardan birinin əvəzini çıxıb. Fransa millisinin oyunçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirib – 1:2.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb. 

Cənubi Amerika təmsilçisi 2:0 hesabı ilə qalib gəlir.

***19:53

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.

Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesabı ilə üstün yollanıb.

***

Argentina-Fransa qarşılaşmasında ikinci qol vuruldu. Argentina millisi 2:0 qabaqdadır. İkinci qolun müəllifi Di Mariya oldu. Hesab 36-cı dəqiqədə yeniləndi.

***

Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.

***17:22

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***19:00

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

***10:20

Bu gün Qətərdə keçirilən Dünya Çempionatının finalında Argentina və Fransa yığmaları üz-üzə gələcək.

Globalinfo.az bildirir ki, qarşılaşma saat 19:00-da “Lusail” stadionunda baş tutacaq.

Oyunu polşalı hakim Şimon Marçinyak idarə edəcək.