
Fransanın xarici işlər naziri Jan-Noel Barro 26 may tarixində Ermənistana rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Səfər çərçivəsində Barro Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Fransa XİN rəhbəri həmçinin “İrəvan Dialoqu” tədbiri çərçivəsində təşkil olunacaq panel müzakirəsində iştirak edəcək.
Aysel Əliyeva
Globalinfo.az