Fransa səfiri Rusiya XİN-ə çağırıldı

Fransanın Rusiyadakı səfiri Pyer Levi həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa XİN sözçüsü Mariya Zaxarova deyib.

“Aralarında bir neçə fransızın da olduğu Xarkovda muzdlu döyüşçülər üçün müvəqqəti yerləşdirmə məntəqəsininin Rusiya Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar olaraq Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılıb”, – o deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əksəriyyəti fransız olan əcnəbi muzdluların Xarkovda yerləşən müvəqqəti dislokasiya məntəqəsinə yüksək dəqiqliklə zərbə endirdiyini açıqlayıb. Zərbə nəticəsində 60-dan çox yaraqlı öldürülüb, 20-dən çoxu yaralanıb.