Fransa səfiri Füzulidə minaya düşənlərlə bağlı başsağlığı verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzuli rayonu ərazisində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə franslı diplomat “Twitter”də paylaşım edib.

“Dünən Füzuli rayonunda piyada əleyhinə mina partalyışı nəticəsində Amid Əsədovun və Çərkəz Quluzadənin ölüm xəbərindən kədərləndim. Allah rəhmət eləsin”.

Xatırladaq ki, sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində (Yuxarı Dilağarda kəndində) 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olub.