fransa 1

“Tabe olduğumuz beynəlxalq hüquqa uyğun olaraq Fransa Qarabağın (Xankəndidəki separatçı rejim nəzərdə tutulur – red.) müstəqilliyini tanımır”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Milli Məclisinin sədri Yael Braun-Pive İrəvanda ermənistanlı həmkarı Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib.

“Bizim mövqeyimiz dəqiqdir. Biz Qarabağın müstəqilliyini tanımırıq və statusu da Fransa müəyyən etməli deyil. Onu gərək beynəlxalq hüquq çərçivəsində fərqli xalqlar və xüsusilə də konflikt tərəfləri müəyyən etsin”, – o bildirib.

Qeyd edək ki, Yael Braun-Pive Ermənistanda səfərdədir.

Paylaş: