
Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal matçından öncə kuryoz hadisə baş verib.
Globalinfo.az xəbər verir ki, oyunöncəsi məşq zamanı Avropa təmsilçisinin futbolçusu Kilian Mbappen isinmə hərəkətləri zamanı azarkeşi topla vurub.
Fransız hücumçunun zərbəsi qapıdan aralı keçərək azarkeşlərindən birinin başına dəyib.
Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. 24 yaşlı Mbappe azarkeşə yaxınlaşaraq üzr istəyib.
Qeyd edək ki, Fransa – Mərakeş matçında birinci hissə davam edir. Fransızlar 1-0 öndədir.
Qalib komanda dünya çempionatının finalına yüksələcək və yarımfinalda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən Argentina ilə qarşılaşacaq.