Gruziya Frantsiya

Fransa Gürcüstana birbaşa yardımı dayandırmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bunu Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri deyib.

“Gürcüstanın Avropa İttifaqına daxil olması yolu de-fakto dayandırılıb. Bu, Gürcüstan hökumətinin məlum qərarların nəticəsidir. Bu səbəbdən biz Gürcüstan büdcəsinə birbaşa yardımımızı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyətinə və mediaya yardımı artırmaq qərarına gəldik. Bütün sahələrdə dəstəyi bərpa etmək üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının ümumi açıqlamasından sonra Almaniya da oxşar bəyanatla çıxış etmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: