img 6003 1752776456

Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində verdiyi bəyanatda ölkəsinin 2024-cü ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini rəsmən tanıyacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Makronun sözlərinə görə, bu addım Fransanın Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinin bir hissəsidir:

“Mən qərara gəldim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq Fələstin Dövlətini tanısın”.

Fransa lideri həmçinin qeyd edib ki, bu gün üçün Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə yardım göstərilməsi son dərəcə vacibdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: