
“Mən Fransanın müdafiə nazirindən soruşdum ki, rəsmi Paris Ermənistanla hərbi əməkdaşlıq məsələsində nə qədər irəli getməyə hazırdır? O cavab verib ki, Ermənistan qədər Fransa da addım atmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyib.
“Ermənistanın reaksiyasından xəbərim yoxdur. Əgər İrəvan daha geniş hərbi əməkdaşlıq tələb etsə, o zaman Fransa razılaşacaq. Biz çalışırıq ki, Ermənistan və Fransa ciddi hərbi əməkdaşlıq qursun. Hakimiyyət müvəqqətidir, amma dövlətçiliyi gücləndirmək lazımdır”, – deyə o vurğulayıb.
Papazyan indiki məqamda Fransanın Ermənistana qoşun yeritməyə hazır olduğunu düşünmür. Amma rəsmi Parisi buna razı salmaq üçün çalışmağın vacib olduğunu deyir.
“Əgər Ermənistan diqqətini yalnız Qərbə yönəltsə və Rusiyaya qarşı düşmənçilik siyasəti aparsa, uğur qazana bilməyəcək. Çünki Qərbin girovuna çevriləcək. Odur ki, Rusiya, Qərb, Hindistan, Çin və digər qüvvələrlə münasibətləri eyni anda inkişaf etdirmək lazımdır”, – Papazyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az