Ermənistan prezidentindən Azərbaycana mesaj

“Ermənistanın yeni hərbi tərəfdaşa ehtiyacı var, Fransa ilə hərbi yardımın göstərilməsi məsələsi müzakirə edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

“Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa isə müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə kömək etmək və dəstəkləmək niyyətində olduğunu bildirib. Hazırda müvafiq danışıqlar aparılır. Məqsədimiz özümüzü müdafiə etmək və qonşumuzla (Azərbaycanla – red.) sülh şəraitində yaşamaqdır”, – Xaçaturyan  bildirib.

Qeyd edək ki, Ermənistan siyasi dairələri və ictimaiyyəti Fransanın burada hərbi baza açmaq və öz hərbçilərini yerləşdirmək niyyətində olduğunu iddia edir.

Ayşən Mustafa
Globalinfo.az