Milli Məclisdə sərt çıxış: “Onun kimi əqidəsiz deputat…”

“Almaniyalı deputat Frans Şvabenin Azərbaycanın AŞPA-ya geri yolunun olmadığına dair fikri siyasi tərbiyəsizlikdir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin mayın 7-də keçirilən iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanı insan haqları adı ilə hədəf alan qüvvələr başqa ölkələrdə baş verənləri görməzlikdən gəlirlər:

“Onun kimi əqidəsiz deputatlar AŞPA-da xalqımıza, Türk dünyasına qarşı əsl mənəvi terror həyata keçirirlər. Sözdə insan haqlarından danışanlar əməldə bunun əksinə hərəkət edir, insanların taleyini pula satırlar. Bu təşkilatlar hazırda bir mərkəzdən idarə olunurlar. ABŞ öz hesabatlarında saxta faktlara əsaslanır. AŞPA da böhtan xaraketli hesabatlar qəbul edir.

Fransa Prezidenti Emmanuel Makron sayıqlamaları ilə gündəmə gəlir. Azərbaycanda insan hüquqlarına, qanunun aliliyinə dair fikirlər söyləyənlər, Fransada müsəlman uşaqların məktəblərə buraxılmamasını, ABŞ-da aksiyaların şiddətlə dağıdılmasını görməzlikdən gəlirlər. Bəzi beynəlxalq təşkilatlar sülhə, demokratiyaya müharibə elan edirlər”.

Ayşən Mustafa
Globalinfo.az