“Hizbullah”ın daha bir tanınmış siması İsrailin zərbələri nəticəsində ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cədid” telekanalı məlumat yayıb.
Məlumata görə, “Hizbullah”ın informasiya xidmətinin rəhbəri Beyrutun Ras ən-Nəbəə məhəlləsinə endirilən zərbələr nəticəsində həlak olub.
Qeyd edək ki, ötən ay Netanyahunun Qeysəriyyədəki iqamətgahına hücumdan sonra Məhəmməd Afif İsrail baş nazirini hədələmişdi.
Safura Bənnayeva
Globalinfo.az