qutab

Məlum olduğu kimi, bu gün Bakıda “Formula 1 Azərbaycan Qran-Prisi” start götürüb. Yarışın ilk günü bir sıra maraqlı anlarla yadda qalıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə anlardan biri də Formula 1 pilotlarının Azərbaycan mətbəxinin təamlarını hazırlaması olub.

Belə ki, “Alpine” komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də “Red Bull”un pilotu Yuki Tsunoda Paddock ərazisində qutab bişiriblər.

Məşhur pilotların milli təamlarımızı hazırlaması ətrafdakı qonaqlar tərəfindən maraqla qarşılanıb. Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablara qonaq ediblər.

Pilotların həmin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb:

bdc1e140 2e4e 45cc bfa7 9fb63dd84961
ce00c852 ab4d 441b 8c1f e7421509721e
ac80de7a 5acc 445b 970b 9c9e2d095765

Paylaş: