“Formula 1”: Lekler sıralama turunu ilk pillədə başa vurdu – YENİLƏNİB

“Formula-1” üzrə Azərbaycan Qran-prisinində sıralama turu başa çatıb.

Globalinfo.az xəbər verir ki, ən yaxşı nəticəni “Ferrari” sürücüsü Şarl Lekler göstərib.

İkinci yeri “Red Bull”dan Maks Ferstappen tutub. Onun komanda yoldaşı Serxio Peres isə 3-cü olub.

Xatırladaq ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

***17:51

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

Globalinfo.az bildirir ki, “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib.

***17:28

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu bərpa olunub. 

Globalinfo.az bildirir ki, yarış “Alfa Tauri”dən Nik de Vrisin qəza törətməsi səbəbindən dayandırılmışdı.

***17:03

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Globalinfo.az bildirir ki, yarış saat 17:00-da start götürüb.

Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni “Red Bull”dan Maks Ferstappen göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da “Formula 1″də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.

Azərbaycan Qran-prisinədək “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. “Mercedes”dən almaniyalı britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun “Ferrari”dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 123 xalla birinci, “Aston Martin” 65 xalla ikinci, “Mercedes” 56 xalla üçüncü yerdədir.

***16:00

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

Globalinfo.az xəbər verir ki, “Prema Racing”dən Oliver Bearman ən yaxşı nəticəni göstərib.

***15:05

“Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Globalinfo.az xəbər verir ki, yarış saat 15:00-da start götürüb.

İkinci dərəcəli pilotların sərbəst yürüşündə ən yaxşı nəticəni “Prema Racing”dən Oliver Bearman göstərib. “Hitech” komandasından İsak Hacar ikinci olub. İlk “üçlüy”ü “Campos Rasing”dən Kuş Maini tamamlayıb.

Qeyd edək ki, aprelin 29-da “Formula 2″də sprint, bir gün sonra isə əsas yarış təşkil olunacaq.

***14:33

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb. 

Globalinfo.az xəbər verir ki, bir saat davam edən mübarizədə ən yaxşı nəticəni “Red Bull”dan Maks Ferstappen göstərib.

“Ferrari”dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

İlk “beşliy”i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və “Mclaren”dən Lando Norris tamamlayıb.

“Haas”dan Kevin Maqnussen və “Alpin”dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.

Qeyd edək ki, bu gün “Formula 1″də sıralama turu da təşkil olunacaq.

***13:35

Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.

Globalinfo.az xəbər verir ki, yarış saat 13:30-da start götürüb.

Bu gün, həmçinin, əsas pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

Azərbaycan Qran-prisinədək “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. “Mercedes”dən almaniyalı britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun “Ferrari”dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 123 xalla birinci, “Aston Martin” 65 xalla ikinci, “Mercedes” 56 xalla üçüncü yerdədir.