“Formula 1”-in rəhbəri müqavilənin uzadılmasından danışdı: “Şadıq”

“Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu “Formula 1”-in prezidenti Stefano Domenikali Azərbaycan Qran-prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.

58 yaşlı funksioner Bakı Şəhər Halqasının “Formula 1” üçün çox məşhur məkana çevrildiyini bildirib: “Bakı bir çox həyəcanlı yarışlara ev sahibliyi edib”.

Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.