“Formula 1”: Bakı Qran-prisinin qalibi bəlli oldu – FOTO

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

Globalinfo.az xəbər verir ki, “McLaren” pilotu Oskar Piastriyə kubok təqdim edilib.

“Ferrari”dən Şarl Lekler ikinci, “Mercedes”dən Corc Rassel üçüncü yeri tutub.

Mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem veriblər.

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Globalinfo.az xəbər verir ki, “McLaren” pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

“Ferrari”dən Şarl Lekler ikinci, “Mercedes”dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda “Ferrari”dən Karlos Sayns və “Red Bull”dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

***

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında “McLaren” pilotu Oskar Piastri liderliyi ələ keçirib.

23 yaşlı sürücü 20-ci dövrədə buna nail olub.

“Ferrari”dən Şarl Lekler ikinci, “Red Bull”dan Serxio Peres üçüncüdür.

***

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında “Ferrari” pilotu Şarl Lekler hazırda liderdir.

26 yaşlı sürücü 10 dövrədən sonra birinci pillədə qərarlaşıb.

“McLaren”dən Oskar Piastri ikinci, “Red Bull”dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

***

Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Globalinfo.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda “Ferrari” pilotu Şarl Lekler birinci olub. “McLaren”dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. “Red Bull”dan Serxio Peres və “Mercedes”dən Corc Rassel ilk “5-liy”i tamamlayıblar.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Azərbaycan Qran-prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 446 xalla xalla birinci, “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncüdür.

***

Bu gün Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.

Globalinfo.az xəbər verir ki, əsas yarış saat 15:00-da start götürəcək.

Ötən gün sıralama turunda “Ferrari” pilotu Şarl Lekler birinci olub. “McLaren”dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. “Red Bull”dan Serxio Peres və “Mercedes”dən Corc Rassel ilk “5-liy”i tamamlayıblar.

Bu gün “Formula 2″də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni “Trident” komandasından Rixard Versxor göstərib.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.