“Ferrari” pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.
Globalinfo.az bildirir ki, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.
***16:45
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda “Red Bull” pilotu Maks Ferstappen liderliyi ələ keçirib.
Globalinfo.az bildirir ki, bu, ikinci sessiyadan sonra baş verib.
11-15-ci sıralardakı daha beş sürücü mübarizəni dayandırıb.
Bunlar Oliver Berman (“Haas”), Yuki Tsunoda (RB), Pyer Qasli (“Alpin”), Niko Hulkenberq (“Haas”) və Lans Strolldur (“Aston Martin”).
***16:27
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda “Ferrari” pilotu Şarl Lekler hazırda liderdir.
Globalinfo.az bildirir ki, birinci sesiyadan sonra beş pilot mübarizəni dayandırmalı olub.
16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( “McLaren”), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi “Kick Sauber”) və sonuncu yerdəki Esteban Okon (“Alpin”) ikinci sesiyaya qatılmayacaq.
***16:04
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 16:00-da start verilib.
Ötən gün ilk test yürüşündə “Red Bull” sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə “Ferrari” pilotu Şarl Lekler birinci olub.
Bu gün üçüncü sərbəst yürüşdə “Mercedes”dən Corc Rassell ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***15:32
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb.
Globalinfo.az bildirir ki, birinci yeri tutan “AIX Racing” komandasından Coşua Dürksenə kuboku Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov təqdim edib.
“Dams Lucas Oil”dən Jak Kravford ikinci, “Preme Racing”dən Qabriele Mini üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***15:10
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
Globalinfo.az bildirir ki, “AIX Racing” komandasından Coşua Dürksen bütün rəqiblərini qabaqlayıb.
Ötən gün “Formula 2″də sınaq yürüşündə “Van Amersfoort Racing”dən Entso Fittipaldi, sıralama turunda “Trident” komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***15:05
“Formula 2” üzrə Azərbaycan Qran-prisində “Rodin Motorsport” komandasının pilotu Rimoto Miyatanın idarə etdiyi boliddə yanğın olub.
Globalinfo.az xəbər verir ki, hadisə sprint yarışında avtomobilin səddə çırpılmasından sonra baş verib.
Miyata mübarizəni dayandırıb.
Qeyd edək ki. Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***14:15
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 14:15-də start verilib.
Ötən gün “Formula 2″də sınaq yürüşündə “Van Amersfoort Racing”dən Entso Fittipaldi, sıralama turunda “Trident” komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***13:32
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, ən yaxşı nəticəni “Mercedes” pilotu Corc Rassell göstərib.
Ötən gün ilk test yürüşündə “Red Bull” sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə “Ferrari”dən Şarl Lekler birinci olublar.
Bu gün “Formula 2″də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
***13:29
“Haas” komandasının pilotu Oliver Berman Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində qəza törədib.
Globalinfo.az bildirir ki, gənc sürücünün idarə etdiyi bolid üçüncü sərbəst yürüşdə səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Onun avtomobili trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***12:50
“Alpin” komandasının pilotu Esteban Okon Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
***12:36
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 12:30-da start verilib.
Ötən gün ilk test yürüşündə “Red Bull” pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə “Ferrari” sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.
Bu gün “Formula 2″də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.
***09:07
Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
Globalinfo.az bildirir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Ardınca “Formula 2″də sprint yarışı keçiriləcək.
Günün sonunda isə birinci dərəcəli sürücülər sıralama turuna qatılacaqlar.
Azərbaycan Qran-prisi: İkinci günün proqramı
14 sentyabr
12:30. “Formula 1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula 2”: Sprint yarışı
16:00. “Formula 1”: Sıralama turu