Bakıda təşkil olunan “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, “Ferrari” pilotu Lyuis Hemilton ən yaxşı nəticəni göstərib.
Onun komanda yoldaşı Şarl Lekler ikinci, “Mercedes”dən Corc Russell üçüncü olub.
Daha əvvəl ilk sərbəst yürüşdə “Maklaren” pilotu Lando Norris birinci sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***16:03
Bakıda təşkil edilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 16:00-da start verilib.
Bu gün keçirilən ilk test yürüşündə “Maklaren” pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***15:26
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Globalinfo.az bildirir ki, “Dams Lukas Oil”dən Cek Krouford birinci olub.
“İnvicta Racing”dən Leonardo Fornaroli ikinci, “Prema Racing”dən Qabriele Mini üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***14:03
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 14:00-da start verilib.
***13:33
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, “Maklaren” pilotu Lando Norris ən yaxşı nəticə göstərib.
Onun komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü olub.
İkinci sərbəst yürüş bu gün, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***13:11
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilib.
Globalinfo.az bildirir ki, müvəqqəti dayanmaya səbəb olan trasın üzərində aşkarlanan maneə aradan qaldırılıb.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***12:50
Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.
Globalinfo.az bildirir ki, buna səbəb trasın üzərində maneənin olmasıdır.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***10:03
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***09:08
Bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-prisinə start veriləcək.
Globalinfo.az xəbər verir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – ayın 21-də əsas yarış baş tutacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.