Xalq artisti Flora Kərimova 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərində kimi dəstəkləyəcəyi barədə fikrini səsləndirib.
Globalinfo.az bildirir ki, modern.az-a açıqlamasında Flora Kərimova növbədənkənar seçkilərdə İlham Əliyevə səs verəcəyini söyləyib.
F.Kərimova bəstəkar Cavanşir Quliyevi saytımıza verdiyi açıqlamaya görə qınayanlarla razılaşmayıb. O, Cavanşir Quliyevi müdafiə edib:”İlham Əliyevə dəstəyini ifadə etdiyinə görə onu tənqid edən şəxslər oldu. Onlara ayıb olsun! Onlar nə vətəni, nə milləti sevəndi, nə də torpaq qədri biləndir. Azərbaycan həmin şəxslər üçün heç nədir. Belə şəxslər vətənsiz, yurdsuz insanlardır. Onlar üçün fərqi yoxdur, harada yaşayır, kimin çörəyini yeyir”.