Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi açıqlandı

Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.

Globalinfo.az bildirir ki, APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibin adını açıqlanıb.

Qaliblərin adlarının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub.

Mükafat Svante Paaboya verilib.